Adlandırma
Benzolun bir sıra homoloqlarının trivial (tarixi) adları daha geniş istifadə olunur. Məsələn:
Benzolun diəvəzolunmuş izomerlərində radikalların bir-birinə
nəzərən yerləşməsini göstərmək üçün aşağıdakı sözünlərindən
istifadə oluna bilər.
Əgər əvəzedicilər:
- qonşu karbon atomlarında (1,2) olarsa, orto- (o-);
- bir karbon atomu ilə ayrılarsa, (1,3) meta- (m-);
- iki karbon atomu ilə ayrılarsa, (1,4) para- (p-).
Yunanca ortos - birbaşa,
meta - sonra, para-əks
deməkdir.
Benzolun homoloqlarının beynəlxalq nomenklatura əsasında adlandırılması tsikloalkanlar
ilə oxşardır. Bu zaman molekulunda bir alkil radikalı olan benzolun homoloqunu adlandırmaq
üçün radikalın adı və “benzol” sözü qeyd olunur.
Əgər molekulda iki və daha çox radikal olarsa, halqadakı karbon atomları kiçik radikaldan
başlayaraq elə nömrələnir ki, radikal birləşmiş karbon atomlarının nömrələrinin cəmi kiçik
olsun.