Benzolun homoloqlarının
adlandırılması və izomerliyi

2

Metan sırası
karbohidrogenlər
Etilen sırası
karbohidrogenlər
...........................................
CH4 - metan C2H4 - eten C6H6 - benzol
C2H6 - etan C3H6 - propen ........—...........
C3H8 - propan C4H8 - buten ........—...........
C4H10 - butan C5H10 - penten ........—...........

Boşluqlara hansı ifadələr uyğun gəlir?

Benzolun homoloqlarının formulunu necə təklif edərsiniz?

Benzolun homoloqları üçün hansı ümumi formulu vermək olar?

Benzolun homoloqları

Benzol molekulunda hidrogen atomlarını alkil radikalları ilə əvəz etdikdə benzolun homoloqları əmələ gəlir.
Benzolun homoloqlarının formulundan görünür ki, onların hidrogen atomlarının sayı eyni sayda karbon atomu olan alkanın hidrogen atomlarının sayından 8 vahid azdır. Beynəlxalq nomenklaturaya görə, CnH2n-6 ümumi formuluna malik aromatik karbohidrogenlər benzol sırası karbohidrogenlər adlanır.
Fəaliyyət
1

Tərkibində eyni sayda karbon atomu alkan, alken, alkin, benzol, sırası karbohidrogendə karbonun və hidrogenin kütlə payını müqayisə edin. Kütlə payının karbohidrogenlərin molyar kütləsindən asılılıq qarfikini qurun.