Karbon atomlarının qeyri-hibrid p-orbitaİlan isə molekul müstəvisinə perpendikulyar formada
yerləşir və aşağıdakı kimi π-sistem əmələ gətirir:
Benzol molekulunda ümumi π-sistem
σ-rabitələrlə əlaqələnmiş altı karbon atomundan və ümumi π-sistemdən ibarət tsikl benzol
halqası və ya benzol nüvəsi adlanır. Benzol molekulunda elektron sıxlığı bərabər
paylandığından
onun qrafik formulu və molekulunun mil-kürəcik modeli aşağıdakı kimi göstərilir:
Qrafik formulda göstərilən halqa ümumi π-sistemini göstərir. Bütün aromatik karbohidrogenlərin
molekulunda benzol nüvəsi olur. Quruluşuna görə aromatik karbohidrogenlər
birnüvəli və çoxnüvəli olur.
Siqaret tüstüsündə çoxnüvəli aromatik
karbohidrogenlərin nümayəndəsi olan
kanserogen xassəli benzapiren də
mövcuddur. Bu səbəbdən siqaret çəkən
insanlarda xərçəng xəstəliyinə tutulma
riski daha çoxdur. Bu maddə həmçinin
avtomobil nəqliyyatının tüstü qazlarında
da olur və atmosferi çirkləndirir.
.
Naftalin və difenil ikinüvəli aromatik karbohidrogenlərdir. Onların
molekullarında olan hidrogen atomlarinin sayı da benzol molekulunda olan hidrogen
atomlarının sayının iki mislinə bərabərdirmi? Bu maddələrin molekulyar formullarını
tərtib edin. Fikrinizi əsaslandırın.