Kekulenin təklif etdiyi formula, əsasən, birqat rabitənin uzunluğu 0,154 nm (alkanlardakı
kimi), ikiqat rabitənin uzunluğu isə 0,134 nm (alkenlərdə olduğu kimi) olmalıdır.
Lakin tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, benzol molekulunda bütün karbon
atomları arasındakı rabitələrin uzunluğu birqat rabitədən (0,154 nm) kiçik, ikiqat
rabitədən (0,134 nm) isə böyük olub, 0,140 nm təşkil edir.
Bunun sababini neca izah etmak olar?
İki hibrid orbital hesabına
hər karbon atomu iki
qonşu karbon atomu ilə
u-rabitə əmələ gətirir və
tsiklik quruluş yaranır
Digər hibrid orbital hesabına
hər karbon atomu bir hidrogen
atomu ilə σ-rabitə əmələ
gətirir. Hər karbon atomunun
bir hibridləşməyən orbitalı olur
Karbon atomlarının
hibridləşməyən orbitalları
hesabına bir altıelektronlu
n-sistem əmələ gəlir
Karbon atomlarının rabitə yaradan orbitalları eyni müstəvidə yerləşir və bir-biri ilə 120° bucaq
altında birləşir. Bu səbəbdən benzol molekulunda σ-rabitələr eyni müstəvidə əmələ
gəlir. Bütün karbon atomları eyni hibrid orbitallara malik olduğundan onların əmələ gətirdiyi
rabitələr də eyni uzunluğa (0,140 nm) malik olur. Benzol halqası isə düzgün aItıbucaqlı olur.