Metiltsiklopropanın hidrogenləşməsindən
hansı alkanların qarışığı alınar? Fikrinizi
əsaslandırın.
Tsiklopropandan iki mərhələdə n-heksanın
alınması üçün üsul təklif edin və
müvafiq reaksiya tənliklərini yazın.
Maddə
1 molunun tam
yanmasından alınan
suyun kütləsi, q
Tsikloalkan
108
Tsikloalkan molekulunda olan karbon
atomlarının sayını müəyyən edin.
Propen və tsiklopropandan ibarət 44,8
litr (n.ş.) qaz qarışığı tədricən artıq miqdar
bromlu sudan keçirilir və məhlulun
kütləsi 8,4 q artır. İlkin qaz qarışığında
tsiklopropanın həcm payını (%-lə) hesablayın.
A) 50
B) 60
C) 80
D) 40
E) 90
9.
Verilmiş İstiqamətdə tsikloalkanların halogenlərlə birləşmə reaksiyasına daxil olması
çətinləşir, əvəzetmə reaksiyasına daxil olması İsə asanlaşır. Bunun səbəbini izah edin.