Birləşmə reaksiyaları. Kiçik tsiklə malik tsikloaIkanlar (tsiklopropan, tsiklobutan) qızdırılma
zamanı (tsikloalkanlar adi şəraitdə bromlu suyu rəngsizləşdirmir) alkenlər kimi halogenlər və
hidrogen-halogenidlərlə birləşmə reaksiyasına daxil olur. Bu onların molekulunda bucaq gərginliyinin
böyük olması ilə əlaqədardır.
Tsiklobutana hidrogen-halogenidlərin birləşməsi çətin baş verdiyi halda, tsiklopentan və digər
tsikloalkanlar hidrogen-halogenidləri birləşdirmir.
Katalizator iştirakında bəzi tsikloalkanlar hidrogenləşərək uyğun alkanlara
çevrilir.
Tsiklopentan tsiklopropan və tsiklobutana nisbətən hidrogenləşmə reaksiyasına daha yüksək
temperaturda daxil olur.
Əvəzetmə reaksiyaları. Böyük halqalı tsikloalkanlar alkanlara oxşar olaraq halogenlərlə əvəzetmə
reaksiyalarına daxil olur. Bu, tsiklin ölçüsünün artması nəticəsində bucaq gərginliyinin azalması
ilə əlaqədardır. Reaksiya İşığın təsiri ilə və ya qızdırıldıqda baş verir: