Tsikloalkanların kimyəvi
xassələri
4
Tar Azərbaycan xalq musiqisinin ifasında geniş istifadə
edilən simli musiqi alətlərindən biridir. Tarın
müxtəlif diametrli 11 metal simi vardır və bu simlərin
hər biri mizrabla toxunulan zaman səslər çıCH.
xarır. Tar ifaçıları və ustaları müəyyən müddətdən bir
tarı kökləyirlər. Tarın köklənməsi onun səsim tələb
olunan tona salmaq, simlərinin ahəngim bır-bırınə
uyğunlaşdırmaq uçun simləri tarımlaşdırmaq və ya
boşaltmaq yolu ilə aparılır. Lakin ifa zamanı tarım
çəkilmiş simlərin qırılma ehtimalı artır.
Sizcə, tarım çəkilmiş sımın qırılma ehtimalı digərlərinə nisbətən nə
uçun çoxdur?
Bu cur qırılma hansı tsikloalkanların molekulunda olan C-C
rabitələrinin qırılmasına
oxşardır?
Həmin tsikloalkanlar digərlərindən hansı xassələrinə görə fərqlənir?
Bilirsiniz ki, kiçik tsiklə malik tsikloalkanlar (tsiklopropan və tsiklobutan) digər tsikloalkanlara
(tsiklopentan, tsikloheksan) nisbətən daha böyük bucaq gərginliyinə malikdir. Bucaq
gərginliyi böyük olduqca molekulda rabitə yaradan orbıtallar daha da gərgin olur,
molekulun davamlılığı azalır, nəticədə C - C rabitəsi asan qırılır və birləşmə reaksiyasına
daxilolma qabiliyyəti artır.
Alkanlar halogenlər ilə əvəzetmə reaksiyasına, alkenlər isə birləşmə reaksiyasına daxil olur.
Sizcə, tsiklopropan və tsiklopentan halogenlərlə hansı reaksiyaya (əvəzetmə, yoxsa birləşmə
reaksiyasına) daxıl olar?
Bunu onların quruluşu ilə necə izah etmək olar?