Halogen atomları qonşu karbon atomlarında olan alkanların dihalogenli törəmələrinə sinklə
təsir etdikdə alkenlər alınır.
Sizcə, alkanların halogen atomları qonşu karbon atomlarında olmayan
dihalogenli törəmələrinə (məsələn, 1,3-dibrompropan, 1,4-dixlorpentan və s.) sinklə
təsir etdikdə hansı birləşmələr alınar?
Laboratoriyada alkanların halogen atomları eyni və qonşu karbon atomlarında olmayan
dihalogenli
törəmələrinə sinklə və ya natriumla təsir etdikdə uyğun tsikloalkanlar alınır:
Göründüyü kimi, tsikloalkanın alınması üçün halogen atomları bir-birindən bir və ya bir neçə karbon
atomu ilə ayrılmalıdır.
Fiziki xassələri
Adi şəraitdə tsiklopropan və tsiklobutan qaz, tsiklopentan və tsikloheksan isə mayedir.
Tsikloalkanlann molyar kütləsi artdıqca qaynama temperaturu artır. Tsikloalkanlar praktiki olaraq
suda həll olmur.