Metandan fərqli olaraq, digər alkan molekullarında C - H rabitəsindən əlavə karbon
atomları arasında da ümumi elektron cütü hesabına o-rabitə əmələ gəlir (C - C rabitəsi).
Məsələn, etan molekulunda karbon atomları o-rabitə ilə bir-birinə birləşir. Sonra karbonun
valentliyinin IV olduğu nəzərə alınaraq, hər bir karbon atomuna müvafiq sayda hidrogen
atomları birləşdirilir, hər bir karbon atomuna isə üç hidrogen atomu birləşir.
Etanın elektron və qrafik formullarını aşağıdakı kimi göstərmək olar:
ALKAN |
ELEKTRON FORMULU |
QRAFİK FORMULU |
C2H6 |
|
|
Etan molekulunda karbon atomları arasında olan rabitəni əmələ gətirən elektron sıxlığı hər
iki atom tərəfindən eyni dərəcədə cəzb olunduğundan heç bir atoma tərəf yerini dəyişmir
və nəticədə kovalent rabitə qeyri-polyar olur.
Üzvi maddə molekullarının qrafik formulunu sadə şəkildə yazmaq üçün karbon və hidrogen
atomları arasında olan rabitələr göstərilmir.
Eyni qayda ilə propanın qrafik formulunu tərtib etmək olar.
Karbohidrogenlərdə hər bir karbonun oksidləşmə dərəcəsi ona birləşmiş hidrogen atomlarının
sayının mənfi qiymətinə bərabərdir. Səbəb karbon atomlarının onlara birləşən hidrogen
atomlarından bir elektron qəbul etməsidir.
Alkanların homoloji sırası
Metan, etan və propandan başqa, digər alkanların da qrafik formullarını tərtib etmək olar.
Cədvəldə alkanların bəzi nümayəndələrinin formulları və adları verilmişdir.