Alkenlərdə olduğu kimi, tsikloalkanlarda da həndəsi izomerlik mümkündür. Belə ki tsikldə
olan karbon atomlarının C - C rabitəsi ətrafında sərbəst fırlanmasının mümkün olmaması
həndəsi izomerliyin yaranmasına səbəb olur. Bu zaman əvəzedicilər tsiklin yerləşdiyi
müstəvinin eyni tərəfində olduqda sis-, əks tərəflərində olduqda isə trans- izomer
yaranır.
Məsələn, 1,2-dimetiltsiklopropanın molekulunda CH3- qruplarının tsiklin yerləşdiyi müstəvinin
ətrafında vəziyyətinə görə sis- və trans- izomerləri
olur.
Tsikldəki radikallar eyni karbon atomlarında olduqda belə birləşmələr həndəsi izomerlik
əmələ gətirmir.
1-metil-3-etiltsiklopentan molekulunda olan ikili və üçlü karbon atomlarının sayını
müəyyən edin.
HƏLLİ
1-metil-3-etiltsiklopentanın qrafik formulunu yazaq:
Göründüyü kimi, molekulda 4 karbon atomu ikili, 2 karbon atomu isə üçlüdür.
Molekulunda karbon atomlarının sayı ən az olan tsikloalkanda bir üçlü və bir dördlü karbon
atomu var. Tsikloalkan molekulunda olan atomların ümumi sayını müəyyən edin.