Tsiklində bir neçə radikal (əvəzedici) olan tsikloalkanlann adlandırılması isə aşağıdakı ardıcıllıqla
aparılır.
Tsikldə olan karbon atomları nömrələnir. Bu zaman nömrələmə elə aparılmalıdır ki, radikal
birləşən karbon atomlarının nömrələrinin cəmi kiçik olsun. Məsələn:
Radikalların birləşdiyi karbon atomlarının nömrələri göstərilməklə adları oxunur, sonra
isə əsas zəncirin adı deyilir.
Əgər tsikldə fərqli radikallar olarsa, onda nömrələmə kiçik radikal birləşmiş karbon atomundan
aparılır. Belə tsikloalkanları adlandırarkən radikallar sadə quruluşludan mürəkkəbə
oxunur.
İzomerlik
Tsikloalkanlarda quruluş və həndəsi izomerlik mövcuddur. Onlar üçün quruluş izomerliyinin
aşağıdakı növləri xarakterikdir.