Hansı maddələrin molekullarında olan
hidrogen atomlarının sayı bərabərdir?
1. butan
3. buten-2
2. tsiklopropan
4. tsiklopentan
A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 2, 4
E) 1, 4
Maddələri molekullarında olan σ-rabitələrin
artma ardıcıllığı ilə düzün.
1. propen
2. propan
3. tsiklopropan
Tsiklobutan molekulunda rabitələrin
əmələ gəlməsinə sərf olunan orbitallari
hibrid və qeyri-hibrid olmaqla 2 qrupa
ayırın və saylarını müəyyən edin. Bu orbitalların
sayını butan və buten-2 molekullarında
rabitələrin əmələ gəlməsinə
sərf olunan hibrid və qeyri-hibrid orbitalların
sayı ilə müqayisə edin.
Alkan molekulunda qonşu olmayan karbon
atomlarından fikrən iki hidrogen
atomu qoparıldıqda karbon atomlarının
bir-biri ilə rabitə yaratması hesabına
tsiklik quruluşlu karbohidrogenlər yaranır.
Butan molekulunda olan birinci və
üçüncü karbon atomlarından hidrogen
atomlarının qoparılması nəticəsində
əmələ gələn tsikloalkanın qrafik formulunu
tərtib edin.
Tsiklopropan və tsiklobutan molekullarının
fəza quruluşlarını qarşılaşdırın və
tsikldə rabitə bucaqlarının fərqli olması
səbəbini izah edin.
Propan və tsiklopropan bir-birindən
fərqlənir:
1. karbon atomlarının hibrid halına görə
2. molekullarında olan C - C rabitələrin
sayına görə
3. molekullarında olan hidrogen atomlarının
sayına görə
A) yalnız 1
C) yalnız 3
E) 2, 3
B) yalnız 2
D) 1, 2
Nə üçün tsiklobutan molekulunda tsiklopropan
molekuluna nisbətən bucaq
gərginliyi daha azdır?
Aşağıdakı ifadələrdən istifadə etməklə
sxemi tamamlayın:
Molekulunda 12 hibrid orbital var.
Molekulunda ümumi 9 atom var.
Molekulu yalnız o-rabitələr hesabına əmələ gəlir.
Açıq zəncirlidir.
Nə üçün propan molekulundan fərqli
olaraq tsiklopropan molekulunda “banan”
rabitəsi mövcuddur?