Maddə | Nisbi molekul kütləsi | Homoloji sırada yeri |
Alkan | m | VI |
Tsikloalkan | m + 12 | x |
Riyaziyyatdan öyrəndiyiniz biliklər hesabına üçbucaq, dördbucaq, beşbucaq və altıbucaqlının bucaqlarının hesablanmasını xatırlayın. Uyğun olaraq tsiklopropan, tsiklobutan, tsiklopentan va tsikloheksan molekullarında rabitə bucaqları neçə dərəcə olar?
Tsikloalkanların molekullarının fəza quruluşuna tsiklopropan molekulunun əmələ gəlməsi misalında baxaq. Tsikloalkanlarda karbon atomları sp3 hibrid halındadır. Molekulda olan hər bir karbon atomu 4 ədəd sp3 hibrid orbital əmələ gətirir. Bu hibrid orbitallardan ikisi hidrogen atomları, digər ikisi isə qonşu karbon atomları ilə rabitənin əmələ gəlməsinə sərf olunur. Tsiklopropan molekulunda karbon atomları arasında rabitələrin əmələ gəlməsi zamanı hibrid orbitalların qapanması nəticəsində rabitə bucağı kiçilir və alkan molekullarından fərqli olaraq 109°28, deyil, 60° olur. Aşağıda müqayisəli şəkildə metan və tsiklopropan molekullarının əmələ gəlmə sxemi göstərilmişdir.