Məsələn, asetileni gümüş(l) oksidin ammonyakda 10
məhlulundan keçirdikdə gümüş(l) asetilenid çökür. Gümüş(l) oksidin ammonyakda məhlulu
Tollens reaktivi adlanır. Reaksiyanı sadə şəkildə aşağıdakı kimi yazmaq olar:
Oxşar reaksiya mis(l) xloridin və natriumun ammonyakda məhlulu ilə də gedir.
Asetilen molekulundan fərqli olaraq propin molekulunda metal atomu ilə bir hidrogen atomu
əvəz olunur.
Bu reaksiyalar üçqat rabitəsi karbon zəncirinin əvvəlində olan alkinləri digər doymamış
karbohidrogenlərdən fərqləndirən reaksiyadır.
Öyrəndiklərinizi yoxlayın
-
Asetilenin aktivləşdirilmiş kömür iştirakında
trimerləşmə
şulunu göstərin.
A) divinil
C) benzol
E) vinilasetilen
B) heksan
D) etilen
-
Propin molekuluna bir brom molekulunun birləşmə məhsulunu müəyyən edin.
A) 1-brompropen
B) 1,2-dibrompropan
C) 1,2-dibrompropen
D) 2-brompropen
E) 3-brompropan
-
Butin-1-i butin-2-dən hansı maddələrin
köməyi ilə fərqləndirmək olar? Fikrinizi
əsaslandırın.
-
Asetilen və bromun 1:1 mol nisbətində
reaksiyasından alınan məhsul bromlu
suyu rəngsizləşdirərmi? Fikrinizi əsaslandırın.
-
1 mol propin və 2 mol vinilasetilen qarışığının
tam hidrogenləşməsinə cəmi neçə
mol H2 sərf olunar?
-
Artıq miqdar gümüş(l) oksidin ammonyakdakı
məhlulundan etilen və asetilendən
ibarət qarışıq keçirildikdə qaz qarışığının
həcmi (n.ş.) 60% azalır. Qarışıqda
qazların mol nisbətini
[v(C2H4) : v(C2H2)]
müəyyən edin.
-
Metandan xlorpren kauçukunu almaq
üçün üsul təklif edin.
-
Sxemə uyğun reaksiya tənliklərini yazın.