Asetilenin su ilə reaksiya məhsuluna əsasən propin, butin-1 və butin-2-nin su
ilə reaksiya məhsullarının quruluşunu proqnozlaşdırın.
Digər alkinlərin hidratlaşmasından ketonlar alınır:
Asetilen molekulları bir-biri ilə birləşərək müxtəlif maddələr əmələ gətirir. Mis(l) xlorid və
ammonium-xlorid duzlarının suda məhlulundan asetilen keçirdikdə o dimerləşir və bu zaman
vinilasetilen
əmələ gəlir.
Vinilasetilen bir mol hidrogen-xlorid birləşdirərək xlorprenə çevrilir.
Aktivləşdirilmiş kömür olan qızdırılmış borudan asetilen keçirdikdə o trimerləşir və bu zaman
benzol
əmələ gəlir.
Kalium-permanqanat ilə oksidləşmə reaksiyaları
Alkenlər kimi, alkinlər də oksidləşdirici maddələrin məhlulları ilə asanlıqla oksidləşirlər.
Məsələn,
alkinlərə KMnO4 məhlulu İlə təsir etdikdə məhlulun bənövşəyi rəngi dərhal İtir (məhlul
rəngsizləşir) və
qəhvəyi rəngli MnO2 çöküntüsü alınır. Bu reaksiya alkinlərin təyini reaksiyasıdır.
Kalium-permanqanat
məhlulundan asetilen keçirdikdə o, oksalat turşusuna çevrilir:
Əvəzetmə reaksiyaları
Alkin molekulunda üçqat rabitəli karbon atomunun hidrogen atomu ilə əmələ gətirdiyi rabitə digər
karbon
atomlarının hidrogen atomu ilə əmələ gətirdiyi rabitələrdən daha pol- yardır. Buna görə də üçqat
rabitəli karbon atomuna birləşmiş hidrogen atomu mütəhərrik olur və metal atomları ilə əvəz oluna
bilir.