Buten-2-dən iki mərtəbə butin-2-nin alınması üçün üsul təklif edin. Uyğun reaksiyaların tənlilərini tərtib edin.
Fiziki xassələri
Nisbi molekul kütləsi artdıqca alkinlərin qaynama temperaturu və sıxlığı artır. C2H2, C3H4
və C4H6 adi şəraitdə qaz halındadır. Alkinlər suda həll olmur, lakin üzvi həlledicilərdə yaxşı
həll olur. Təmiz asetilen adi şəraitdə rəngsiz, iysiz qazdır.
Yanma reaksiyaları
Digər karbohidrogenlər kimi alkinlər də oksigen iştirakında yanaraq CO2 və H2O əmələ
gətirir. Alkinlərin tam yanma reaksiyasının ümumi tənliyini aşağıdakı kimi göstərmək olar:
Məsələn, asetilenin yanma reaksiyasının tənliyi aşağıdakı kimi olur:
Asetilendən qaynaq işlərində istifadə olunur. Təzyiq
altında olan asetilenin adi balonda saxlanılmasına və
nəql edilməsinə yol verilmir. Bu səbəbdən asetilen
qaynaq işləri zamanı alınır. Bu məqsədlə asetilen generatorlarından
istifadə olunur. Bu generatorda kalsium-
karbid su ilə reaksiyaya daxil olur. Alınan asetilen
oksigen qazı ilə qarışdırılaraq yandırılır. Asetilen
havada yandıqda tədricən reaksiya baş verir və az
istilik ayrılır. Lakin asetilenin oksigen ilə qarışığı daha
sürətlə yanır və bu zaman daha çox istilik ayrılır. Ayrılan
istilik hesabına yüksək temperatur (3000°C-ə
kimi) alınır. Bu temperaturda metallar əridilərək qaynaq
edilir və ya kəsilir.
Etan və etilenə nisbətən asetilen havada hisli alovla yanır. Buna səbəb asetilen molekulunda
karbonun kütlə payının çox olmasıdır.