Göründüyü kimi, C5H8 tərkibli alkinlərdən pentin-1 və pentin-2 üçqat rabitənin vəziyyətinə
görə pentin-1 və 3-metilbutin-1 isə karbon zəncirinə görə quruluş izomerləridir. Pentin-2 və
3-metilbutin-1 isə bir-birindən həm üçqat rabitənin vəziyyətinə, həm də karbon zəncirinin
quruluşuna görə fərqlənir.
Alkinlər molekulunda eyni sayda karbon atomu olan alkadienlərlə siniflərarası
izomeridir.
Alkinlərdə siniflərarası izomerlik propindən (C3H4) başlayır.
C4H6 tərkibli maddələri aşağıdakı sxem şəklində ümumiləşdirmək olar:
Üçqat rabitəli karbon atomlarına yalnız bir əvəzedici birləşdiyindən alkenlərdən və
alkadienlərdən
fərqli olaraq alkinlərdə sis-trans izomerlik mövcud deyil.
Əsas zəncirində beş karbon atomu olan C6H10 formuluna malik alkinlərin
qrafik formullarını
yazın və onları beynəlxalq nomenklatura əsasında adlandırın.
HƏLLİ
Əsas zəncirində beş karbon atomu olan C6H10 formuluna malik alkinlərin
qrafik formullarını
yazaq:
C4H9 - C = C - C3H7 molekulunda birli karbon atomlarının sayı maksimumdur. Alkini
beynəlxalq nomenklatura əsasında adlandırın.
CAVAB
2,2,5-trimetilheksin-3