CH = CH, BeCl2 və N2 molekulları üçün ümumi və fərqli
cəhətləri müəyyən edin.
Oxşarlığın səbəbini izah edin.
Alkinlərin homoloji sırasının digər nümayəndələrində üçqat rabitəli karbon
atomlarından
başqa, digər karbon atomları sp3 hibrid halındadır. Aşağıda propin molekulunun qrafik
formulu
və mil-kürəcik modeli verilmişdir:
Hidrogen atomlarının sayı 2n + 2 olan alkin molekulunda neçə karbon atomu var?
HƏLLİ
Alkinin formulunu CxH2x-2 ilə ifadə etsək, şərtə əsasən hidrogen
atomlarının sayı üçün
yaza bilərik:
2x-2 = 2n + 2
2x = 2n + 4
x = n + 2
Hidrogen atomlarının sayı 2n + 2 olan alkin molekulunda n + 2 karbon atomu olur.
Molekulunda atomların ümumi sayı 3n - 5 olan alkinin nisbi molekul kütləsini müəyyən
edin.
Digər alifatik karbohidrogenlərdə olduğu kimi, alkinlərdə də karbon atomlarının oksidləşmə
dərəcəsini onlara birləşən hidrogen atomlarının sayına görə müəyyən etmək olar.