Alkin molekullarının fəza quruluşunu homoloji sıranın ilk nümayəndəsi olan asetilen 10
molekulu misalında nəzərdən keçirək. Asetilen molekulunda hər bir karbon atomunun
həyəcanlanmış halda xarici energetik səviyyəsində olan orbitallardan bir s- və bir
p- orbitalı
hibridləşərəksp-hibrid orbitallar əmələ gətirir. Əmələ gələn sp-hibrid orbitallar bir düz
xətt üzərində 180° bucaq altında yerləşir.
Hər karbon atomunun hibrid orbitallarından biri hidrogen atomunun s-orbitalı ilə örtülərək
C - H rabitələrini əmələ gətirir. Karbon atomlarının ikinci hibrid orbitalları bir-biri ilə
örtülərək
C - C σ-rabitəsini əmələ gətirir.
Hər bir karbon atomunun hibridləşmədə iştirak etməyən iki p-orbitalı bir-birinə perpendikulyar
müstəvilərdə yandan örtülərək iki π-rabitə əmələ gətirir.
Deməli, asetilen molekulunda karbon atomları arasındakı üçqat rabitədən biri o, ikisi isə
π-rabitədir.
Asetilen molekulunda karbon və hidrogen atomları bir düz xətt boyunca yerləşdiyindən
molekul xətti quruluşludur. Karbon atomları arasında üçqat rabitənin əmələ gəlməsi karbon
atomlarının nüvələri arasındakı məsafənin alkan və alkenlərdən kiçik olmasına səbəb
olur. C ≡ C rabitəsinin uzunluğu 0,120 nm, enerjisi isə (828 kC/mol) ikiqat rabitənin enerjisindən
(612 kC/mol) yüksəkdir.
Aşağıda asetilen molekulunun mil-kürəcik və kürəcik modelləri verilmişdir.