Əgər kauçukun vulkanlaşma prosesi zamanı kükürd rezin almaq üçün tələb olunan
miqdardan çox götürülərsə, onda qeyri-elastik, bərk maddə - ebonit alınır. Ebonitdən
elektrik cihazlarında elektrik izoləedicisi kimi, həmçinin akkumulyatorların korpuslarının
hazırlanmasında istifadə olunur.
Öyrəndiklərinizi yoxlayın
Hansı maddə təbii kauçukun monomeridir?
Hansı maddələr adi şəraitdə bromlu
suyu rəngsizləşdirir?
1. propan
3. propen
2. divinil
4. etan
A) 1, 2
D) 2, 3
B) 3, 4
E) 1, 3
C) 1, 4
Polietilendən fərqli olaraq, divinil kauçuku
vulkanlaşır. Səbəbini izah edin.
Alkenlərlə alkadienlərin kimyəvi xassələrinin
hansı ümumi cəhətləri var?
27 qram divinilə maksimum neçə qram
brom birləşər?