Təbii kauçukun əsas hissəsi isə yalnız sis-poliizopren makromolekullanndan ibarətdir.
Onun elastiklik, dağılmaya qarşı davamlılığı, su və qaz keçirməmək xassələrinin digər kauçuklara
nisbətən yüksək olması onun makromolekullarının nizamlı quruluşa malik olması
ilə əlaqədardır.
Kauçukdan hazırlanmış məhsullar (məsələn, qaloş, su keçirməyən paltarlar və s.) çox isti
və soyuq havalarda tətbiq oluna bilmir. Belə ki isti havalarda o, yumşalıb yapışır, soyuq havalarda
isə sərtləşir, kövrəkləşir. Kauçukun bu çatışmayan xüsusiyyətlərini aradan qaldırmaq
üçün onu kükürdlə birlikdə qızdırırlar (130-140°C). Bu zaman elementar halqada olan
π-rabitələr qırılır və ayrı-ayrı makromolekullar kükürd atomları (-S-S- disulfid körpüsü) ilə
bir-birinə birləşir (sanki tikilir). Nəticədə daha yaxşı fiziki-mexaniki xassələrə (yüksək elastik,
dağılmaya, aqressiv kimyəvi mühitə və həlledicilərə qarşı davamlılıq və s.) malik tikilmiş
polimer alınır. Bu proses kauçukun vulkanlaşması reaksiyası adlanır. Kauçukun vulkanIaşma
reaksiyasını sadə şəkildə aşağıdakı kimi göstərmək olar:
Kauçukun vulkanlaşdırılmasından rezin alınır. Rezinin möhkəmliyi və davamlılığı kauçukla
müqayisədə kifayət qədər çox olur. Rezindən, əsasən, avtomobil şinlərinin və digər rezin
məmulatların hazırlanmasında istifadə olunur.