Alkadienlər alkenlər kimi polimerləşmə reaksiyalarına daxil olur. Bu zaman alınan polimerlər
sintetik kauçuklar adlanır. Butadien-1,3-ün polimerləşməsi zamanı onun molekulundakı
π-rabitələrin hər ikisi qırılır, birinci və dördüncü karbon atomları hesabına monomerlər
bir-biri ilə birləşir. Molekuldakı ikinci və üçüncü karbon atomları arasında π-rabitə
yaranır. Bu reaksiyanın tənliyini aşağıdakı kimi göstərmək olar.
İzoprenin polimerləşmə reaksiyası da divinilə oxşardır.
Divinil kimi, onun xlorlu törəməsi olan xlorprenin (2-xlorbutadien-1,3) də polimerləşməsindən
kauçuk alınır.
Kauçukların makromolekullarının tərkibində -CH2- qrupları ikiqat rabitəli karbon atomlarına
nəzərən fəzada müxtəlif cür yerləşə bilir. Yəni onlar sis- və trans- formalara malikdir.
Sintetik kauçuklar bu formaların qarışığından ibarət olur.