Molekuldakı ikinci və üçüncü karbon atomlarındakı sərbəst elektronlar isə bu
atomlar arasında π-rabitə yaradır. Bu reaksiyanı sxematik olaraq aşağıdakı kimi təsvir etmək
olar:
Reaksiya məhsulu 1,4-dibrombuten-2 olur. Bu reaksiyaların məhsullarının çıxımı, əsasən,
temperaturdan asılı olur. Temperatur artdıqca (t>40°C) 1,4-vəziyyətə birləşmə məhsulunun
çıxımı, azaldıqda (t<O°C) isə 1,2-vəziyyətə birləşmə məhsulunun çıxımı artır. Üzvi kimyada
reaksiya nəticəsində eyni vaxtda bir neçə maddə alınarsa, bu zaman reaksiya tənliyi əsas
məhsula görə yazılır. Bu səbəbdən, hər iki reaksiyanın tənliyini aşağıdakı kimi yazmaq olar:
H2 kimi bromla da reaksiya zamanı 1 mol alkadien 2 mol Br2 birləşdirir. Alkadienin Br2 ilə 1:2
mol nisbətində reaksiyası zamanı molekulda olan hər iki π-rabitə qırılır. Reaksiya məhsulu
1,2,3,4-tetrabrombutan olur.
Oxşar reaksiyalar ilə alkadienlər HCl ilə birləşmə reaksiyasına daxil olur.
İzopren ilə hidrogen-xloridin aşağı temperaturda (t<0°C) 1:1
dan alınan əsas məhsulun qrafik formulu necə olar?
Bunun səbəbini necə izah edərsiniz?
Yanma və KMnO4 ilə oksidləşmə reaksiyaları
Alkadienlər oksigen iştirakında yanaraq CO2 və H2O əmələ gətirir. Alkadienlərin tam
yanma reaksiyalarının ümumi tənliyini aşağıdakı kimi göstərmək olar: