Access nizamlanmış verilənləri saxlamaq üçün xüsusi proqram məhsuludur. Bildiyiniz kimi, bu məqsədlə elektron cədvəl proqramlarından (məsələn: Microsoft Excel) da istifadə etmək olar. Excel proqramında da verilənlər cədvəllərdə saxlanılır. Bundan başqa, Excel-də nizamlanmış verilənlərlə işləmək üçün xüsusi vasitələr mövcuddur və bu proqramda sadə verilənlər bazalarını yaratmaq mümkündür. Ancaq zahirən oxşar olsalar da, Excel və Access proqramları arasında bir neçə ciddi fərq var:
ARAŞDIRAQ — öyrənək
Nəşriyyatlar nəşr etdikləri kitabların dünyada yayımını istəyirsə, hər bir kitaba 13 rəqəmli beynəlxalq nömrə (ISBN) almalıdır. Bu nömrə hər bir kitab üçün bənzərsizdir və bu nömrəyə görə kitabın hansı ölkədə nəşr edildiyini, hansı sahəyə aid olduğunu və başqa məlumatları bilmək olur. İnternetdən ISBN qısaltmasının nə demək olduğunu və nömrənin strukturunu öyrənin.