ADDIM -ADDIM
Yeni verilənlər bazası faylının yaradılması
- Microsoft Access 2007 proqramını başladın.
- Proqramın baş pəncərəsinin sol yuxarı küncündəki Office düyməsini çıqqıldadın və açılan siyahıdan New bəndini seçin.
- Pəncərənin sağındakı Blank Database (Verilənlər bazası blankı) bölümündə File Name (Faylın adı) sahəsinə yeni yaradılan verilənlər bazasının adını daxil edin. Əgər yeni faylın saxlanacağı yeri özünüz müəyyən etmək istəyirsinizsə, faylın adı olan sahənin sağındakı qovluq simgəsindən istifadə edin. Başqa MS Office proqramlarından fərqli olaraq Access yeni yaradılan sənədə qabaqcadan ad verib saxlamağı təklif edir.
- Create (Yarat) düyməsini çıqqıldadın. Verilənlər bazasının baş pəncərəsi açılacaq.
- Pəncərənin yuxarısındakı düymələri növbə ilə çıqqıldadın və alətlər zolağının görünüşündəki dəyişiklikləri izləyin.
- Pəncərəni qapadın.