Verilənlər bazasının idarəolunması sistemi (VBİS) informasiyanın saxlanılması, axtarışı və emalı məqsədilə verilənlər bazasının yaradılması üçün proqram vasitələrinin toplusudur.
Verilənlər bazasının idarəolunması sistemi
təmin edir. İnformasiyanın vizuallaşdırılması dedikdə verilənlərin seçilməsi, onların nizamlanması, verilmiş şəkildə tərtibatı və çıxış qurğusuna göndərilməsi nəzərdə tutulur.
"Verilənlər bazası" və "VBİS" anlayışları ötən əsrin 60-cı illərinin ortalarında, elektron hesablama maşınlarının idarəetmə sahələrində aktiv istifadə olunmağa başladığı zamanlarda meydana çıxmışdır.
1978-ci ildə Amerika Milli Kosmik Agentliyinin (NASA) mühəndisi Ueyn Retliff (1946) öz boş vaxtlarında futbol statistikasını aparmaq üçün sadə VBİS hazırlamaqla məşğul idi.
O dövrdə gücü az olan fərdi kompüterlər üçün nəzərdə tutulmuş həmin sistem çox primitiv idi, yalnız bir neçə yüz yazını emal edə bilirdi.
Vulcan (vulkan) adını verdiyi sistemin satışı ona elə bir uğur gətirmədi. Vulcan-ın reklamı proqram biznesi ilə məşğul olan Corc Teytin gözünə dəyir və o, Retliffdən həmin sistemin satışının müstəsna hüququnu alır.
Həmin vaxt Vulcan markası başqa firmaya məxsus olduğundan yeni ad düşünmək lazım gəlir. Ticarət agentinin təklif etdiyi dBase II adı çox uğurlu olur. Bu ad həm sanballı səslənirdi, həm də guya proqramın əvvəlki versiyasının olmasına işarə vururdu. Tezliklə dBase II proqram məhsulları bazarını tutdu, onun dBase III, dBase III+, dBase IV versiyaları yarandı. Çoxlu sayda bənzər sistemlər meydana çıxdı və cədvəllər üçün istifadə olunan “dbf ’ formatı standarta çevrildi.
Hazırda geniş istifadə edilən VBİS kimi aşağıdakıları göstərmək olar: Microsoft Access, MySQL, PostgreSQL, Oracle, Yukon, Open Office Database. Bu sistemlərin hər birinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bunlardan geniş istifadəçi təbəqəsi arasında daha çox populyar olanı Microsoft Office paketinə daxil olan Microsoft Access sistemidir. Adları göstərilən digər sistemlər isə çox böyük şəbəkə verilənlər bazalarını yaratmaq üçün nəzərdə tutulub.
Access verilənlər bazasında minlərlə cədvəl ola bilər, hər bir cədvəldə olan yazıların sayı isə, ilk növbədə, kompüterinizin sərt diskində olan boş yerdən asılıdır.
Kompüterdə quraşdırılmış başqa proqramlar kimi, Microsoft Access 2007 proqramını da başlatmağın ən asan yolu Windows sisteminin Start menyusundan istifadə etməkdir. MS Access mühitinin interfeysi MS Office paketinə daxil olan başqa proqram mühitlərinin interfeyslərindən fərqlənir.