Hazırda müəssisə və təşkilatların əksəriyyəti öz fəaliyyətlərində bu və ya digər dərəcədə müxtəlif informasiya sistemlərindən istifadə edir.
İnformasiya sistemləri müəssisənin fəaliyyətinin mühasibatlıq, insan resursları, anbar uçotu, istehsal prosesləri və başqa sahələri ilə bağlı ola bilər.
İstənilən halda informasiya sistemləri saxlanılması, yenilənməsi, düzəldilməsi, eləcə də müxtəlif hesablamalar aparılması tələb olunan çox böyük həcmdə informasiya ilə işləyir.
Belə sistemlərdə informasiya yetərincə mürəkkəb struktura malik olur və verilənlər bazasında saxlanılır. İnformasiya sisteminin, o cümlədən bu sistemdən istifadə edən müəssisənin işinin effektivliyi bilavasitə verilənlər bazasının idarəolunma effektivliyindən asılı olur.
Verilənlər bazasının effektivliyi isə onun nə dərəcədə savadlı qurulması ilə bağlıdır.