ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
- Nümunəyə uyğun olaraq qalan modelləri adlandırın.
- Nəyə görə elmi biliklərin əksəriyyətini informasiya modellərinə aid etmək olar?
- Qraf informasiya modelləri orijinal obyektlərin hansı xüsusiyyətlərini əks etdirir?
- Verilmiş elektrik dövrəsinə hansı informasiya modeli uyğundur?
- y - y1 = k(x - x1) tənliyi hansı obyektin riyazi modelidir?
- Statik və dinamik informasiya modellərinin arasında hansı fərq var? Bu modellərə nümunələr göstərin.
- İlk 100 natural ədədin cəmini və hasilini hesablamaq tələb olunur. Bu məsələnin həll alqoritmini hazırlayın.
- Kompüter modellərinin nəzəri modellərə nisbətən hansı üstünlükləri var?
- Nə üçün hər hansı sahədə təsnifat məqsədilə çox zaman ağac informasiya modelindən istifadə edilir?
- Modellərin hazırlanmasında eksperiment mərhələsinin məqsədi nədir? Eksperimentin nəticəsi mənfi olduqda nə edilir?