Sfera çəkilməsinin alqoritmindən istifadə edərək suyun - H2O molekulunun modelini hazırlayın.
Obyektin yerini dəyişmək üçün Move alətindən istifadə edin. Yazıları obyektin üzərinə
yazmaq üçün 3D Text alətindən istifadə edin.
ARAŞDIRAQ —öyrənək
www.youtube.com portalındakı videodərslərdən istifadə edərək SketchUp proqramında yarımsferanın çəkilməsini öyrənin.
Bu bacarıqdan istifadə edib Bakı şəhərindəki sirk binasının modelini hazırlayın.
Özünüzü yoxlayın
SketchUp proqramında hansı növ kompüter modellərini hazırlamaq olur?
Nəyə görə binaların, evlərin modellərini daha çox 3D qrafik redaktorlarında qururlar?
Həcmli həndəsi fiqurların SketchUp proqramında hazırlanmış modelləri Open Office.org Draw proqramında yaradılmış modellərdən nə ilə fərqlənir?
SketchUp proqramında çəkilmiş obyektlər nə üçün qruplaşdırılır?
Qrafik redaktorlarda hazırlanmış kompüter modellərinin mahiyyətini izah edin.