ADDIM -ADDIM 3
Çəkilmiş obyektin ölçüsünün dəyişdirilməsi
- Select aləti vasitəsilə obyekti çərçivəyə alın.
- Göstəricini obyektin üzərinə aparın və siçanın sağ düyməsini çıqqıldadın.
- Açılan kontekst menyusunda Make Group bəndini seçin və obyekti qruplaşdırın. Obyektin qruplaşdırıldığını onun ətrafındakı göy çərçivə göstərir.
- Scale alətini seçin. Obyekt ətrafında sarı paralelepiped əmələ gələcək. Yaşıl tuta- caqlardan istifadə edərək obyektin ölçülərini dəyişmək olar.