ADDIM —ADDIM 2
SketchUp proqramında sferanın çəkilməsi
- Alətlər panelindən Circle alətini seçin.
- Mərkəzi koordinat başlanğıcında olmaqla XOY müstəvisi üzərində dairə çəkin.
- Siçanı Z oxu istiqamətində yaşıl çevrə görünənə kimi hərəkət etdirin. Bu o deməkdir ki, çəkiləcək çevrə XOY müstəvisinə perpendikulyardır.
- <Shift> klavişini basılı saxlayaraq siçanın göstəricisini birinci dairənin mərkəzinə doğru aparın və eyni mərkəzli radiusu birincidən kiçik olan ikinci dairə çəkin. Birinci dairəyə perpendikulyar dairə əmələ gələcək.
- Select aləti vasitəsilə kiçik dairənin çevrəsini seçdirin.
- Follow me alətini seçin və böyük dairənin daxilində çıqqıldadın. Sfera əmələ gələcək.