FƏALİYYƏT
Fizika, biologiya və coğrafiya fənləri üzrə modellərin tədqiq edilməsi
Hər il kompüter proqramları arasında şahmat üzrə dünya çempionatı (World Computer Chess Championship, WCCC) keçirilir. Çempionatda bütün növ kompüterlər - mikroprosessorlar, superkompüterlər, klasterlər (kompüterlər qrupu) iştirak edir. 2009-cu ildə qaydalarda edilmiş dəyişikliklərə görə, yarışlara yalnız ən çoxu 8 nüvəsi olan kompüterlər qatıla bilər. 1974-cü ildə keçirilmiş birinci çempionatın qalibi SSRİ-nin "Kaissa" proqramı, 2016-cı il çempionu isə "Komodo" (ABŞ) proqramı olmuşdur.
ARAŞDIRAQ — öyrənək
Python proqramlaşdırma dilində kompüterlə dialoq aparan proqram yazmağa çalışın; məsələn, kompüter "Neçə yaşın var?", "Adın nədir?" tipli suallar verir və yaşını (15) və adını (məsələn: Fərid) daxil etdikdən sonra belə cümlələr ekrana çıxarır: "Fərid, salam", "20 ildən sonra sənin 35 yaşın olacaq" və s.
Belə proqram nəyi modelləşdirir?