Memarın başlıca məqsədi ətraf mühit nəzərə alınmaqla, müasir memarlıq layihəsi işləyib hazırlamaqdır. Bu zaman ətrafdakı evlərin üslubu, mövcud infrastruktur, ekologiya və başqa amillər nəzərə alınmalıdır. Bu məqsədə uyğun informasiya modelinin bir neçə variantı cədvəldə göstərilib.
Memar nöqteyi-nəzərindən evin informasiya modeli
Parametrlər | Şirkətlər üzrə parametrlərin qiymətləri | |||
“A” | “B” | “C” | “D” | |
Tikinti rayonu | Yeni Yasamal | Elmlər Akademiyası | Günəşli | Mərkəz |
Ətraf evlərin üslubu (tikilmə ili) | müasir | müasir | 1970-1990 | klassik memarlıq |
Ətraf evlərin mərtəbəliliyi | 15-20 | 5-6 | 9-10 | 2-7 |
Yaşıllığın mövcudluğu | - | - | - | - |
Ərazinin xarakteri | çökəklik | düzənlik | təpə | şəhər içi |
Su hövzəsinin olması | - | - | + | - |
Mövcud evlərə yaxınlıq | + | + | + | - |
Tikinti rayonunun infrastrukturu | yaradılır | var | var | var |
Tutaq ki, hər hansı alıcı özünə mənzil almaq istəyir. Aydındır ki, ilk növbədə, o, maksimal rahatlığa (komfortluğa) daha çox göstəricisi uyğun olan varianta üstünlük verəcək. Birinci cədvəldəki parametrlər dörd şirkət üzrə təhlil olunarsa, bu zaman “D” şirkətinin daha münasib olduğu görünür. Ancaq bu halda mənzilin satış qiyməti də ən yüksək olacaqdır. Alıcı üçün mənzilin qiyməti böyük əhəmiyyət daşıyırsa, onda başqa şirkətlər arasında seçim etmək lazım gələcək. Bu halda alıcının yeni tələblərinə uyğun olaraq mövcud informasiya modellərini təkmilləşdirmək, sonra isə qalan üç variantın adekvatlığını bir daha qiymətləndirmək lazımdır. İnvestor və memar üçün olan digər informasiya modelləri də eyni qayda ilə təhlil edilməlidir.