Kompüter proqramlarının əksəriyyəti cədvəllərlə işləyir və universal proqramlaşdırma dillərində cədvəllərin emalını təsvir etmək rahatdır. Ona görə də mürəkkəb obyektlər qraf formasında nəzəri modellərdə təqdim edilir, kompüter modelləşdirməsində isə daha çox cədvəl modellərindən istifadə olunur.
ARAŞDIRAQ — öyrənək
"Fəaliyyət" bölümündə qan qrupları ilə bağlı verilmiş informasiya modelini cədvəl - qonşuluq matrisi şəklində göstərin. Qonşuluq matrisinin baş diaqonalındakı elementlərin qiyməti nə olacaq? Qonşuluq matrisini Python dilində təqdim edin
Adı | Atasının adı | Soyadı |
Fuad | Salman | Behbudov |
Məmməd | Cahangir | Eyvazlı |
Rövşən | Cahangir | Eyvazlı |
Səməd | Salman | Behbudov |
Vaqif | Səlim | Behbudov |
Zakir | Fuad | Eyvazlı |