Verilmiş cədvəl "obyekt-xassə" tipli cədvəldir. Belə cədvəlin hər sətri konkret obyektə aiddir. Nümunədə obyekt müəyyən ölkədir. Ölkələrin adları birinci sütunda, xassələri (parametrləri) isə qalan sütunlarda göstərilir.
Cədvəlin başqa növü "obyekt-obyekt" cədvəlidir. Belə cədvəllər müxtəlif obyektlər arasında əlaqələri əks etdirir, məsələn:
Komandalar | “Qarabağ” | “Şahinlər” | “Tərəqqi” | “Kəpəz” |
“Qarabağ” | 1:2 | 1:1 | 3:2 | |
“Şahinlər” | 2:1 | 2:1 | 2:3 | |
“Tərəqqi” | 1:1 | 1:2 | 2:0 | |
“Kəpəz” | 2:3 | 3:2 | 0:2 |
Bu, 10-cu siniflər arasında keçirilən futbol yarışının turnir cədvəlidir. Cədvəlin həm sütun, həm də sətirlərinin başlıqları obyektlərdir.
Verilənlərin təqdimolunmasının cədvəl forması universal sayılır, çünki ixtiyari verilənlər strukturunu cədvəl formasında göstərmək olar. Bildiyiniz kimi, qraf strukturu da cədvəl formasında - qonşuluq və çəki matrisləri kimi təqdim edilir. Yuxarıda göstərilən qraf strukturunu qonşuluq matrisi (cədvəli) formasında belə göstərmək olar:
Şagirdlər | Aygün | Lalə | Elxan | Tural | Sevil | Cavid | Qüdrət |
Aygün | 0 | 1 | 1 | 0 | 0 | 0 | 0 |
Lalə | 1 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
Elxan | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Tural | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
Sevil | 0 | 0 | 0 | 0 | 0 | 1 | 1 |
Cavid | 0 | 1 | 0 | 1 | 1 | 0 | 0 |
Qüdrət | 0 | 0 | 0 | 0 | 1 | 0 | 0 |
Verilənlərin iyerarxik strukturunu da cədvəl formasına gətirmək olar. Bu zaman cədvəlin doldurulması ağacda aşağıdan yuxarıya keçməklə aparılır və adətən, ağacın kökü cədvəlin başlığı kimi göstərilir; məsələn, dərsdə nümunə kimi göstərilmiş ağacvarı struktur əsasında belə cədvəl tərtib etmək olar:
Onurğalılar | Onurğasızlar |
Balıqlar | Bağırsaqboşluqlular |
Quşlar | Qurdlar |
Suda-quruda yaşayanlar | Buğumayaqlılar |
Sürünənlər | Molyusklar |
Məməlilər |
Qeyd etdiyimiz kimi, qraf və ağac strukturları informasiyanı daha əyani və anlaşıqlı təqdim edir. Bəs nə üçün belə strukturları da cədvəl formasına keçirirlər? İnsanlar üçün sadalanan formalar anlaşıqlı olsa da, kompüterdə emal etmək üçün cədvəl forması daha əlverişlidir.