İnformasiya modellərinin özlərini də bir neçə növə ayırmaq olar. Adətən, təsviri informasiya modellərinin yaradılmasında təbii dillərdən və şəkillərdən istifadə olunur. Elm tarixində çoxlu sayda təsviri informasiya modelləri məlumdur; məsələn, vaxtilə Kopernikin irəli sürdüyü dünyanın heliosentrik modeli aşağıdakı kimi ifadə olunur:
İnsanlar öz fəaliyyətlərində təbii dillərlə yanaşı, formal dillərdən də istifadə edirlər. Formal dillər insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Formal dillərə örnək olaraq musiqi dilini (notları), riyazi dili (rəqəmlər, riyazi işarələr), proqramlaşdırma dillərini göstərmək olar.
CH4 + 2O2 → C02 + 2H2O |
A → B, B → C A → C |
|
Formal dillərin köməyi ilə formal informasiya modelləri (riyazi, məntiqi və s.) qurulur. Geniş istifadə olunan formal dillərdən biri riyazi dildir. Riyazi işarələr və düsturlar vasitəsilə qurulan modellər riyazi modellər adlanır. Riyazi dil formal dillərin toplusudur; onlardan bəziləri ilə (cəbr, həndəsə, triqonometriya) siz riyaziyyat dərslərində tanış olursunuz, başqaları haqda isə (çoxluqlar nəzəriyyəsi, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və s.) ali təhsil pilləsində məlumat verilir.