2.1 “MODEL” ANLAYIŞI
FƏALİYYƏT
Göstərilmiş obyektlər üçün yaradılmış modelləri yada salın və cədvəli tamamlayın.
№ | Obyektin adı | Hansı modellər yaradılıb | Model yaradılmasının səbəbi |
1 | Dinozavr | ||
2 | Günəş sistemi | ||
3 | İnsan |
Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən onun sadələşdirilmiş variantından - modelindən istifadə etmək lazım gəlir. “Model” termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını verir.
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir.
Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun bir neçə səbəbi var: