İlkin yoxlama
- Model nədir?
- obyekt haqqında təhrif olunmuş məlumat
- hadisə və ya obyektin hər hansı əlaməti
- obyektin sadələşdirilmiş bənzəri
- hadisə və ya obyektin xarici görünüşü
- Modelləşdirmə nə deməkdir?
- Obyektin bir neçə modeli ola bilərmi? Nümunə göstərin.
- Müxtəlif obyektləri eyni modellə təsvir etmək olarmı? Nümunə göstərin.
- Bunlardan hansı maddi modeldir?
- diaqram
- cədvəl
- xəritə
- qlobus
- Hansı görüntüləri informasiya modeli saymaq olar?
- Əvvəlki tapşırıqdakı dördüncü şəkil informasiya modelinin hansı növünə aiddir?
- diaqram
- cədvəl
- ağac
- qraf
- Model daha çox informasiya verir, yoxsa modelləşdirilən obyekt?
- model
- hər ikisi eyni
- modelləşdirilən obyekt
- Qraf informasiya modelində "til" və "qövs" arasında fərq nədədir?
- Fikrinizcə, aşağıda sadalanan obyekt və proseslərin informasiya modellərinin yaradılması üçün hansı verilənlər vacibdir?
- məktəbin idman zalı
- evin təmiri
- təyyarə sərnişini
- yaşadığınız ev