ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
- İnformatika nəyi öyrənir?
- kompüterin iş prinsipini
- informasiyanın xassələrini
- informasiya proseslərini
- alqoritmləşdirmə və proqramlaşdırmanı
- Not yazısını kodlaşdırmaq üçün 7 işarədən - notdan istifadə olunur. Hər bir not eyni minimal sayda bitlə kodlaşdırılır. 180 notdan ibarət məlumatın informasiya həcmi neçə bit olacaq?
- Ümumi orta təhsil pilləsinin sonunda verdiyiniz buraxılış imtahanında cavab kartlarının emalı prosesini ("cavab kartlarının doldurulması ⇨ kartların oxunması ⇨ balların hesablanması") təhlil edin və baş verən informasiya proseslərini seçdirin.
- ADSL-modemin ötürmə sürəti 1024000 bit/san-dir. Faylın ötürülməsinə 5 saniyə vaxt sərf olunmuşsa, onun həcmini kilobaytla hesablayın.
- Daktiloskopiya nədir?
- Virus proqramlarını kimlər və hansı məqsədlə yazırlar?
- "Detektor" və "doktor" antivirus proqramlarının nə fərqi var?
- “Ssenari uşağı” kimə deyilir?
- Kompüter proqramları intellektual mülkiyyət hesab olunurmu və onların müəlliflik hüququ necə qorunur?
- Aşağıdakı mətnin şifrini açın (k-nın qiyməti qabaqcadan məlum deyil).
ESÜYDR TSÇZE IHYLULUGLN DVDİQ,
GSÖGZUZUGQO ĞBGH YDKYD-YDEDİQ,
YHRGLUÖHUGH ELVLUHUGLN ODEDİQ,
ŞÇAR CĞCLE, YSKZPÖDUQR FQUYGDUGQO,
FSK CĞPHNGHR ÖDT DŞ ODÖD FDYGDUGQO