ADDIM -ADDIM 1
Avast! antivirus proqramının İnternetdən endirilməsi və quraşdırılması
- www.avast.com saytına daxil olun və DOWNLOAD FREE ANTIVIRUS düyməsini çıqqıldadın. avast_free_antivirus_setup.exe quraşdırma faylı kompüterinizin Downloads qovluğuna köçürüləcək.
- Həmin faylı qoşa çıqqıldadaraq quraşdırma proqramını başladın. Aşağıdakı dialoq pəncərəsi açılacaq.
- Run (Çalışdır) düyməsini çıqqıldadan kimi quraşdırma ekranı açılacaq.
- Install (Quraşdır) düyməsini çıqqıldadın.
- Müəyyən proses gedəcək və sonda quraşdırmanın uğurla bitməsi bildiriləcək.
- Kompüteri yenidən yükləyin. Yenidən yüklənmədən sonra ekranın sağ aşağı küncündə (tapşırıqlar zolağında) Avast! proqramının simgəsi görünəcək.