Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır:
Kompüterdə virusların axtarışı verilənlər daşıyıcılarının, yaxud axınının daranması (ingiliscə: scan) yolu ilə yerinə yetirilir. Darama prosesində operativ yaddaşda, daşıyıcılarda virusa yoluxmanın əlamətlərinin olub-olmadığı yoxlanılır. Aşkarlanmış viruslar deaktivləşdirilir və məhv edilir. Mümkün olduqda dəyişdirilmiş (yoluxmuş) faylların ilkin vəziyyəti bərpa edilir.
Bu gün Symantec Norton Antivirus, Kaspersky AntiVirus, Dr. Web, McAfee VirusScan, Panda Titanium Antivirus kimi antivirus proqramları daha çox tanınır.
Göstərilən proqramlar, əsasən, kommersiya məhsuludur, lakin fərdi kompüterdə istifadəsi ödənişsiz olan antivirus proqramları da mövcuddur. Onların içərisində Avast! daha populyardır. Bu proqramı www.avast.com saytından əldə etmək olar.
"Avast" adı "anti-virus advanced set" ("qabaqcıl antivirus toplusu") sözlərinin qısaltmasından yaranıb. Eyni zamanda "avast" sözü ingilis dilində "dur", "dayan" deməkdir.