Proqramın yüklənməsindən əvvəl, yaxud sonra virus aktivləşərək fəaliyyətə başlayır. Virusun fəaliyyət ssenarisi belə ola bilər:
Bəs kompüterin virusa yoluxmasını necə müəyyən etmək olar? Kompüterə ziyanverici proqramların girməsini bildirən bir sıra əlamətlər vardır:
Özünü çoxaldan mexanizmlər nəzəriyyəsinin əsası Con fon Neyman tərəfindən qoyulub. 0,1951-ci ildə bu cür mexanizmlər yaratmaq üsulunu təklif edib və belə proqramlara nümunələr 1961-ci ildən mövcuddur. İlk tanınmış virus proqramları 1981-ci ildə Apple II kompüterləri üçün meydana çıxmış Virus 1, 2, 3 və Elk Cloner hesab olunur.
Con fon Neyman
(1903-1957)
Macarıstanda doğulmuş, 1930-cu illərdə ABŞ-a mühacirət etmiş yəhudi əsilli alim. Kvant fizikası, kvant məntiqi, funksional analiz, çoxluqlar nəzəriyyəsi, informatika, iqtisadiyyat və başqa elm sahələrinə mühüm töhfələr vermişdir.
Daha çox müasir kompüterlərin arxitekturasının (fon Neyman arxitekturasının) müəllifi, oyunlar nəzəriyyəsinin yaradıcısı kimi tanınır.