Biometrikada tanıma məqsədilə əlin ölçülərindən və formasından, eləcə də əlin üstündə barmaq sümüklərinin qatlanma yerlərindən, qan damarlarının yerləşməsindən əmələ gələn naxışlardan və başqa əlamətlərdən istifadə olunur. Ovuca görə tanıma skanerləri bəzi hava limanlarında, banklarda, atom-elektrik stansiyalarında quraşdırılır.
Şəxsiyyətin kimliyini müəyyənləşdirmək üçün hətta çox kiçik və çox əski "genetik izlər" də yetərli olur. Bircə tük, azacıq dəri parçası, poçt markasının arxa üzündə tüpürcək izləri şəxsi tanımağa imkan verir. Axı genlərin kombinasiyası bənzərsiz olduğundan hər bir insanda DNT fraqmentlərinin "naxışı" bənzərsizdir.
Bütün ciddi tədbirlər kimi informasiyanın mühafizəsi də kompleks şəkildə həyata keçirilməlidir, yəni yaxşı nəticələr əldə etmək üçün bütün mühafizə üsulları birləşdirilməlidir. İnformasiyanın kompleks mühafizə sisteminə aşağıdakılar daxildir:
ARAŞDIRAQ — öyrənək
Biometrik pasportlar barədə mövzunun əvvəlində verilmiş informasiyadan əlavə, daha ətraflı məlumat toplayın və suallara cavab verin: