ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
- Dördüncü informasiya inqilabı hansı dövrü əhatə edir?
a) XIX əsrin sonunu
b) XX əsrin əvvəlini
c) XX əsrin 70-ci illərini
d) XXI əsrin başlanğıcını
- Müasir insanın kompüterin əsaslarını bilməsi vacibdirmi?
- İnformasiya cəmiyyətinin tələbləri baxımından özünüzü mədəni insan hesab edirsinizmi?
- Nə üçün gap xidmətində qondarma addan istifadə etmək məsləhət görülür?
- Bu mülahizələrdən hansı doğru deyil?
a. Elektron poçt kommunikasiya xidmətidir.
b. Telefonla ünsiyyət həmişə onlayn rejimində baş verir.
c. Telekonfranslar oflayn rejimində baş verir.
d. WWW informasiya xidmətidir.
- Bu proqramlardan hansı telekonfrans rabitəsi üçün deyil?
a. Google Chrome
b. Skype
c. Cisco TelePresence
d. TrueConf
- "Elektron hökumət", yoxsa "elektron dövlət" termini daha düzgündür? Cavabınızı əsaslandırın.
- "Elektron kitab fayl deyil, xüsusi təyinatlı əl kompüteridir" mülahizəsində nə doğru deyil? Onu elə dəyişin ki, doğru olsun.
- Elektron səsvermə seçicilərin hansı təbəqəsi üçün xüsusilə önəmlidir?
- Üç nöqtələri uyğun sözlərlə əvəzləyin.
Elektron ticarətdə malların alışı belə baş verir: istifadəçi (alıcı) ... bağlanır və elektron ticarət xidməti göstərən ... daxil olur. Alacağı malları sifariş verir və... məlumatlarını sistemə daxil edir. Bu məlumatlar... kimi şirkətlərin maliyyə hesablama mərkəzinə ötürülür.