ARAŞDIRAQ — öyrənək
Estoniya müxalifətinin fikrincə, tətbiq edilən elektron səsvermə sistemi qəbul olunmuş standartlara uyğun deyil. Bu məsələ ətrafında müzakirələr davam etsə də, seçkilərdə aşkar qanun pozuntuları qeydə alınmayıb. Müxalifətin nəyi nəzərdə tutması haqda araşdırma aparın və həmin problemin necə aradan qaldırılması haqqında düşüncələrinizi söyləyin.
Bəs elektron ticarət necə həyata keçirilir? Sadə halda, istifadəçi (alıcı) İnternetə bağlanır və elektron ticarət xidməti göstərən saytların birinə daxil olur. Nə alacağını müəyyənləşdirir və həmin malı sifariş verir. Sonra istifadəçi öz kredit kartının məlumatlarını sistemə daxil edir və bu məlumatlar "Visa", "MasterCard" və ya "American Express" kimi şirkətlərin maliyyə hesablama mərkəzinə ötürülür. Nəhayət, bu maliyyə əməliyyatı istifadəçinin kredit hesabına qeyd edilir.
ARAŞDIRAQ — öyrənək