Kitab mətnlərini oxumaq üçün xüsusi təyinatlı əl kompüterinə də e-kitab (ingiliscə: e-book) deyilir. Adi kompüterlərdən fərqli olaraq e-kitabların imkanları məhdud olur və onlar avtonom rejimdə uzun müddət işləyə bilir.
Bu kompüterlərdə "elektron kağız" texnologiyasından istifadə olunur. Görüntünü formalaşdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-kristal displeylərdən fərqli olaraq elektron kağız görüntünü qaytarılmış işıqda adi kağız kimi formalaşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərincə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur.
Bəzən elektron kitabxanaların bir çoxu qabaqcadan müəlliflərlə razılaşmadan onların əsərlərini dərc edir. Doğrudur, müəllifin tələbi ilə həmin əsərlər sonradan saytdan "yığışdırılır", ancaq istənilən halda həmin kitabxanalar müəlliflik hüququ haqqında qanunu pozmuş olurlar.
2004-cü ildə Kaliforniyada (ABŞ) prezident seçkiləri zamanı düzgün köklənməmiş skaner 6692 boş bülleteni hesaba almışdı.
Elektron kitabxana yaratmaq üzrə ilk layihə "Qutenberq layihəsi" olub. 1971-ci ildə əsası qoyulmuş bu layihə dünya ədəbiyyatının çeşidli əsərlərinin rəqəmsallaşdırılmasını və mətn formatında saxlanmasını nəzərdə tutur. Əsərlərin əksəriyyəti ingilis dilindədir. Fransız, alman, fin, eləcə də rus, katalan və başqa dillərdə də əsərlər təqdim olunur.
İnformasiya texnologiyalarının sürətli inkişafı seçkilərdə tətbiq edilən səsvermə sisteminə də təsirsiz olmamışdır. Bir sıra ölkələrdə vətəndaşlar üçün elektron səsvermə tətbiq edilir, referendumlarda və bələdiyyə seçkilərində İnternetdə səs vermək üçün portallar yaradırlar. Parlamentə seçkiləri tam miqyasda İnternet üzərində aparan ilk ölkə isə Estoniyadır. 2005-ci ildən tətbiqinə başlanmış bu səsvermə sisteminin əsasında ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi durur. Əhalinin 90%-dən çoxunun malik olduğu bu şəxsiyyət vəsiqəsindən həm də müxtəlif elektron xidmətlərdə qeydiyyat zamanı universal identifikator kimi istifadə edilir. Səsvermə prosesinin özü isə belə baş verir: vətəndaş şəxsiyyət vəsiqəsini oxuyucuya taxaraq özünü elektron səsvermə sistemində tanıdır və üstünlük verdiyi namizədi seçir. Hesaba alınan səsin bir neçə səviyyədə təhlükəsizliyi qorunur və bənzərsiz rəqəmsal imza ilə imzalanır.
İnternet texnologiyalarının geniş tətbiq edildiyi sahələrdən biri də ticarətdir. Elektron ticarət, yaxud e-ticarət dedikdə elektron vasitələr, o cümlədən İnternet vasitəsilə malların və xidmətlərin ticarətinin bütün növləri nəzərdə tutulur. E-ticarətə aşağıdakılar daxildir: