Şəxsiyyət vəsiqənizin tələb olunan məlumatlarını daxil edin və Növbəti düyməsini çıqqıldadın. Portala giriş üçün kod və parol səhifəsi açılacaq.
Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və parolunuzu daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyət vəsiqənizin məlumatlarının əks olunduğu Şəxsi məlumatlar səhifəsi açılacaq.
Əlavə tələb olunan məlumatları daxil edin və Növbəti düyməsini çıqqıldadın. Şəxsiyyətin doğruluğu səhifəsi açılacaq.
Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq.
Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.
Hesabınızın aktivləşdirildiyi haqqında bildiriş çıxacaq.
ADDIM -ADDIM 2
"Elektron hökumət portalı"nda elektron xidmətlərdən istifadə edilməsi
Portala giriş düyməsini çıqqıldadın və təklif olunan variantlardan sonuncunu seçin.