Bəzi ölkələrdə (o cümlədən Azərbaycanda) bu anlayış faktik olaraq hakimiyyətin vətəndaş cəmiyyəti ilə elektron mühitdə qarşılıqlı əlaqəsi kimi başa düşülür. Qərb ölkələrində (ilk növbədə, ABŞ və Böyük Britaniyada) isə ona, ümumiyyətlə, dövlətin fəaliyyətinin effektivliyini yüksəltməyə yönəlmiş konsepsiya kimi baxılır. Elektron hökumət (e-hökumət) dövlət informasiyasına vətəndaşların sərbəst çıxışının olmasını, dövlət orqanlarının kağızsız kargüzarlığa keçirilməsini, bütün dövlət orqanlarında illik effektli iş göstəricilərinin qurulmasını və onların həm parlament, həm də vətəndaşlar tərəfindən müntəzəm yoxlanmasını, dövlət qulluqçularını identifikasiya etmək üçün dövlət orqanlarında plastik kartların tətbiqini və bu kimi başqa işlərin gerçəkləş- dirilməsini nəzərdə tutur.
Elektron hökumət daxilində münasibətlərin üç modeli vardır:
Vətəndaşların və biznes strukturlarının dövlət orqanları ilə qarşılıqlı əlaqəsini asanlaşdırmaq və ictimai sektorun effektivliyini yaxşılaşdırmaq üçün e-hökumətdə İnternet texnologiyasından istifadə olunur.
Ölkəmizdə elektron hökumətin formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ-hüquqi aktlar çərçivəsində həyata keçirilir.
İngilscə "e-government" anlayışına "elektron dövlət" anlayışı daha çox uyğun gəlir, ancaq Azərbaycanda "elektron hökumət" anlayışına üstünlük verilir. Doğrudur, belə tərcümə yolveriləndir, ancaq "elektron hökumət" anlayışı məsələnin mahiyyətini tam əhatə etmir. Belə ki, müasir beynəlxalq hüquqi sənədlərdə "government" termini bütövlükdə dövləti göstərmək üçün istifadə edilir.
ADDIM -ADDIM 1
"Elektron hökumət portalı"nda qeydiyyat