Skype proqramında konfrans yaratmaq çox asandır və bunu bir neçə yolla etmək olar. Bunun bir yolu <Ctrl> klavişini basıb saxlamaqla əlaqələr siyahısından həmsöhbətləri seçmək və sonra alətlər panelində Conference düyməsini çıqqıldatmaqdır. Həmsöhbətlər çağırışa cavab verdikdən sonra onlar konfransa əlavə olunacaqlar. İkinci yol isə belədir: əgər siz kiminləsə söhbət edirsinizsə və bu söhbətə başqasını da əlavə etmək istəyirsinizsə, siçanın göstəricisini həmin insanın adının üzərinə aparıb sağ düyməni basırsınız və Invite to conference (Konfransa dəvət et) bəndini seçirsiniz.
Diqqət! | Konfransa yeni iştirakçıları yalnız onun sahibi, yəni konfransı başladan şəxs əlavə edə bilər. |
ADDIM -ADDIM 2
Skype proqramında telekonfransın təşkili