Gaplarda həmsöhbətlərdən birinin kompüterində yığılmış mətn eyni zamanda başqasının da ekranında görünür.
İnternetdə danışıq və ya səs siqnallarını ötürmək üçün İnternet-telefoniya texnologiyasından istifadə olunur. Danışıq zamanı səs siqnalları sıxılıb kodlaşdırılaraq verilənlər paketinə çevrilir. Sonra bu paketlər İnternet vasitəsilə əks tərəfə göndərilir. Adresata çatan paketlər dekodlaşdırılaraq yenidən səs siqnalına çevrilir. İnternet-telefoniyada danışıq haqqı adi telefon rabitəsi ilə müqayisədə bir neçə dəfə aşağıdır (xüsusən beynəlxalq danışıqlar üçün).
İctimai yerlərdə davranış qaydalarını uşaqlıqdan öyrədirlər. Virtual ünsiyyət gerçək həyatda baş verən ünsiyyətdən fərqlənir. Həmsöhbətləriniz sizi görmürlər, onlar nə sizin üstünlüklərinizi, nə də çatışmazlıqlarınızı bilirlər, heç kəsi sizin ictimai mövqeyiniz maraqlandırmır. Bəzən virtual ünsiyyət zamanı həmsöhbətlərdən kimsə öz davranışına görə heç bir cəza almayacağını bilərək başqalarını təhqir edə, özündən çıxar, yaxud, sadəcə zəhləsini tökə bilər. Buna görə də şəbəkədə iş zamanı müəyyən qaydalara - ünsiyyət etikasına riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üsulunun öz etik qaydaları var.
Elektron poçt vasitəsilə yazışma məktublaşanlar arasında münasibətdən asılı olaraq işgüzar, yaxud şəxsi ola bilər. Şəxsi məktublara etika baxımından ciddi tələblər qoyulmur. Yaxın dostunuza yazdığınız istər adi, istərsə də elektron məktubda özünüz üçün məqbul olan istənilən sözdən istifadə edə bilərsiniz. Şəxsi yazışmada məktubun üslubu və ifadə tərzi məktublaşan insanların tanışlıq səviyyəsindən asılı olur.
Adi işgüzar yazışmalarda qəbul olunmuş “qızıl” qaydalar isə bunlardır:
Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır: